DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 22 cinayət faktı qeydə alınmışdır

11.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 22 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 14 nəfər yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.