Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

04.01.2007

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakıxanov qəsəbə sakini Ramiz Ağaverdiyevdən 0,185 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Salman Axundzadədən 0,207 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Abdullayevdən 0,247 qram heroin, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini İsaq Kişiyevdən 0,45 qram heroin, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Dağkəsəmən kənd sakini Mehman Qədiməliyevin evinə baxış zamanı 47 ram marixuana, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Famil Bəylərovdan 7,9 qram marixuana götürülmüşdür.