Yasamal rayonu Yeni dairəvi yolda qəza hadisəsi
18.04.2013Aprelin 19-da saat 07.15 radələrində Yasamal rayonu Yeni dairəvi yolda Yeni Zellandiya vətəndaşı Harrold David Mackenzıenin idarə etdiyi "Nissan" markalı, Bakı şəhər sakinləri Müslüm Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı, Teymur İmanovun, Hidayət Xəlilovun və Sumqayıt şəhər sakini Samir Nemətovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Teymur İmanov, sərnişinləri Təhməz İmanov, Azad Həsənov, Leyla Aşurova, Faiq Nəcəfov, habelə H.Xəlilovun sərnişini - oğlu Qüdrət və M.Məmmədovun sərnişini İlkin İsgəndərov xəstəxanaya yerləşdirilmişlər. Teymur İmanov orada ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.