Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayət faktı qeydə alınmışdır

03.01.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. - 8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 6 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.