Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonundakı Novxanı bağlar sahəsində odlu silahla soyğunçuluq etmiş Sumqayıt şəhər sakinləri Rəşad Sadıqov tutulmuş, Elçin Məmmədov isə müəyyən edilmişdir

03.01.2007

Yanvarın 3-də, saat 20:55 radələrində, Binəqədi rayonundakı Novxanı bağlar sahəsində, 2 naməlum şəxs "VAZ-2106" markalı avtomaşının sürücüsü Zaur Adnayevi tapançaya oxşar silahla hədələyərək avtomaşınını ondan almışlar. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədənlərdən biri, Sumqayıt şəhər sakini Rəşad Sadıqov Sumqayıt şəhəri ərazisində tutulmuş, həmyerlisi Elçin Məmmədov isə müəyyən edilmişdir.