Müvafiq sənədləri olmayan 37 kub ağac materialları aşkar edilmişdir
10.06.2005Ağdaş-Qəbələ yolunun 14-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Qəbələ rayon sakini Vahid Vahabovun və Oğuz rayon sakini Vüqar Məmmədovun idarə etdikləri «Kamaz» markalı avtomaşınlar nəzarət qaydasında yoxlanılmışdır. Həmin avtomaşınlarda müvafiq sənədləri olmayan 37 kub ağac materialları aşkar edilmişdir. Qəbələ RPŞ tərəfindən araşdırmalar aparılır.