Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşını qaçırmış Pirallahı qəsəbə sakini Azər Hüseynov tutulmuşdur

03.01.2007

Yanvarın 3-nə keçən gecə, Əzizbəyov rayonu Pirallahı qəsəbəsindən, Lənkəran rayon sakini Amid Nəsirova məxsus "VAZ-2105" markalı avtomaşın qaçırılmışdır. Əzizbəyov RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomaşını qaçırmış Pirallahı qəsəbə sakini Azər Hüseynov avtomaşınla birlikdə Xətai rayonu ərazisində tutulmuşdur. A.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun Sahib Məmmədovla birgə, yanvarın 3-də, Arif İsgəndərova məxsus "ZAZ" markalı avtomaşını qaçırmaları, Pirallahı qəsəbə sakini Yuriy Tyarova məxsus "Mercedes" markalı avtomaşını qaçırmağa cəhd göstərmələri, "VAZ-2103" markalı avtomaşının isə idarəetmə sistemini sökmələri müəyyən edilmişdir. S.Məmmədovun da tutulması üçün tədbirlər görülür.