Şəmkir rayonunun ərazisində ağacın qırılaraq avtomaşının üstünə düşməsi nəticəsində 1 nəfər ölmüş, digəri xəsarət almışdır
08.04.2013Aprelin 9-da saat 19.00 radələrində Şəmkir rayonunun ərazisində, güclü küləyin əsməsi nəticəsində yolun kənarındakı ağac qırılaraq Ağstafa rayon sakini Lətif Mehdiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşının üstünə düşmüşdür. Nəticədə L.Mehdiyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini - arvadı Fatmanisə isə xəstəxanaya yerləşdirilmişdir.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.