Goranboy rayonu ərazisində "VAZ-21015" markalı avtomaşınla piyada Ə.Bağırov vurulmuşdur
07.04.2013Aprelin 8-də saat 23.35 radələrində Goranboy rayonu ərazisində rayon sakini Faiq Quliyev idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla yolu keçən həmyerlisi Əzim Bağırovu vurmuşdur. Nəticədə Ə.Bağırov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.