Sumqayıt şəhər sakini Reyhan Hümbətova oğlu Anarla qara metal oğurlamağa cəhd edərkən tutulmuşlar
02.01.2007Saat 10.30 radələrində "Səthi Aktiv Maddələr" zavodunun işçisi, Sumqayıt şəhər sakini Reyhan Hümbətova oğlu Anarla birgə zavoddan 608 kiloqram qara metal oğurlayıb, həmyerliləri Ziyafət Abdulrəhimovun idarə etdiyi "RAF" markalı avtomaşınla aparmaq istərkən DİN-in Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ 2-ci PB-yə təhvil verilmişlər.