Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 12 cinayət faktı qeydə alınmışdır

01.01.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 12 cinayət faktı qeydə alınmışdır ki, onların da 5-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. - 4 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.