Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Respublikanın daxili işlər orqanları tərəfindən 18 cinayət faktı qeydə alınmışdır

31.12.2006

- Respublikanın daxili işlər orqanları tərəfindən 18 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır. - 14 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.