Martın 26-da Sabirabad rayon sakini Q.Tarıverdiyevə məxsus fotoaparatı oğurlamış Saatlı rayon sakini N.Məmmədov tutulmuşdur
27.03.2013Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Qalaş Tarıverdiyevə məxsus fotoaparatı oğurlamış Saatlı rayon sakini Nurəddin Məmmədov tutulmuşdur. N.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, mart ayının 1-də rayon sakini Nicat Alışovun cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.