Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

27.12.2006

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qımlı-Qışlaq kənd sakini Şahin Əkbərov 3,2 qram marixuananı Xudat şəhər sakini Rac Tarıverdiyevə satarkən tutulmuşlar. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Raqif Quliyevdən 1 qram heroin götürülmüşdür. Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Elşən Məmmədovdan 1,2 qram marixüana götürülmüşdür. Ona narkotik vasitəni satmış, həmyerlisi Şahin Hacıyev tutulmuşdur.