Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 16 cinayət faktı qeydə alinmışdır

26.12.2006

Respublikanın daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. - 7 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.