Bakı-Astara yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yol-qəza hadisəsi
26.12.2006Saat 14:00 radələrində, Bakı-Astara yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində, Pakistan vətəndaşı Munis Əhməd "İsuzu" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış, Qobustan qəsəbə sakini Əsədulla Ömərova məxsus "Tatra" markalı avtomaşına vurmuşdur. Nəticədə Munis Əhməd və sərnişini, Pakistan vətəndaşı Mübaşid Hüseyn hadisə yerində ölmüşlər.