Respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınmışdır
25.12.2006- Respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. - 5 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.