Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

25.12.2006

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gürcüstan vətəndaşları Georgi Sultanaşvilidən 0,817 qram, Xayayri Lomzaridən isə 0,212 qram heroin götürülmüşdür.Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakinləri İlyas Əliyev və əvvəllər məhkum olunmuş Zahid Hüseynov 0,063 qram heroini satarkən tutulmuşlar. Müəyyən edilmişdir ki, onlar narkotik vasitəni həmyerliləri Elnur Sadıqovdan almışlar. E.Sadıqov tutulmuşdur. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Cəsur Qasımovdan 1,96 qram marixuana götürülmüşdür. Narkotik vasitəni ona satmış rayon sakini, əvvəllər məhkum olunmuş Nizami Kazımov tutulmuş və ondan əlavə olaraq 3,64 qram marixuana götürülmüşdür.