Ağsu rayonunun Curuğlu kəndində kənd sakini Xanım Qasımovaya məxsus evdə yanğın baş vermişdir
23.12.2006Saat 09.00 radələrində Ağsu rayonunun Curuğlu kəndində kənd sakini Xanım Qasımovaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə, evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra X.Qasımovanın yanmış meyiti tapılmışdır.