Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.02.2013Fevralın 24-də saat 20.50 radələrində Xətai rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Ruslan Əliyev vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Ford-Tranzit" markalı avtomaşının sürücüsü şəhər sakini Vaqif Bakerov tərəfindən törədilməsi müəyyən edilmişdir.