Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Quba yolunun Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-qəza hadisəsi

22.12.2006

Saat 10:00 radələrində, Bakı-Quba yolunun Siyəzən rayonunun Beşdam kəndi ərazisində, Siyəzən rayon sakini Afər Məmmədovun idarə etdiyi "Kamaz-53212" markalı və Bakı şəhər sakini Faiq Zahidovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.Zahidovun sərnişinlərindən Bakı şəhər sakinləri Mübariz Zahidov və Rahilə Zahidova hadisə yerində ölmüş, özü və digər sərnişinləri, Bakı şəhər sakinləri Şəfəq Zahidova və 2003-cü il təvəllüdlü Sahib Zahidov isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.