Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Astara yolunun Lənkəran rayonunun Gərmətük kəndinin yaxınlığında yol-nəqliyyat hadisəsi

20.12.2006

Saat 22:00 radələrində, Bakı-Astara yolunun Lənkəran rayonunun Gərmətük kəndinin yaxınlığında, Bürcəli kənd sakini Elnur Əhədovun idarə etdiyi "VAZ-2106" markalı və Aşağı Nügədi qəsəbə sakini Rasim Bağırovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü və R.Bağırovun sərnişini, qardaşı Şirməmməd ölmüşlər.