Respublikanın daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınmışdır
19.12.2006- Respublikanın daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınmışdır ki, onların 18-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. - 10 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 43 nəfər tutulmuşdur.