Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yol-qəza hadisəsi

19.12.2006

Saat 19:00 radələrində, Bakı-Qazax yolunun Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində, Bakı şəhər sakini İlqar Bayramovun idarə etdiyi "Mersedes" markalı və Çaylı kənd sakini Rəcəb Qocayevin idarə etdiyi "UAZ" markalı avtomaşınlar toqquşmuş, sonradan isə yolun kənarında dayanmış "VAZ-2121" markalı avtomaşına dəymişlər. Nəticədə hadisə yerinin yaxınlığında olan Tovuz rayon sakini Hümbət Məmmədov ölmüş, xəsarət almış İ.Bayramov və sərnişini, çaylı kənd sakini Ramiz Eminov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.