Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

17.12.2006

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bünyad Cavadovdan 0,281 qram heroin, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Həbib Abdulqalimovdan 0,264 qram heroin, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Alik Bədirovdan 1,17 qram tiryək, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Nərəcan kənd sakini Xıdır Zülfüqarovdan 5,81 qram marixuana, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Türkmənistan vətəndaşı Ramiyan Omarovdan 0,231 qram heroin götürülmüşdür.