Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomat silahdan atəş açaraq əsgər yoldaşlarından birini öldürüb, 3-nü isə yaralayaraq qaçmış "N" saylı hərbi hissənin əsgəri Fuad Həsənov Gəncə şəhərində tutulmuşdur

16.12.2006

Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 15-də, avtomat silahdan atəş açaraq əsgər yoldaşlarından birini öldürüb, 3-nü isə yaralayaraq qaçmış Gəncə şəhərindəki "N" saylı hərbi hissənin əsgəri Fuad Həsənov Gəncə şəhərində tutulmuşdur. Ondan 1 ədəd "AKSU" markalı avtomat silah, 2 ədəd patron darağı, 107 ədəd avtomat patronu və 1 ədəd süngü bıçağı götürülmüşdür.