DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 34 cinayət faktı qeydə alınmışdır

09.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 34 cinayət faktı qeydə alınmışdır ki, onların da 30-u «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 1 nəfər yaralanmışdır. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.