Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

15.12.2006

Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Əhmədovdan 20 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,243 qram heroin, Bakı şəhər sakini Anar Baxşıyevdən 0,226 qram heroin, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qara Zeynalovdan 0,235 qram heroin götürülmüş, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyev 0,272 qram heroini satarkən tutulmuşdur.