Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-qəza hadisəsi

15.12.2006

Saat 17:00 radələrində, Bakı-Tbilisi yolunun Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, Bakı şəhər sakini Vidadi Ağayevin idarə etdiyi "Mersedes" markalı və Dövlət Sərhəd Xidmətinin giziri Elşən Ağayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Ağayev hadisə yerində ölmüş, xəsarət almış V.Ağayev və sərnişinləri, Gürcüstan vətəndaşları Ramiz Mustafayev və onun oğlu Sədi isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.