Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 24 cinayət faktı qeydə alınmışdır

14.12.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 24 cinayət faktı qeydə alınmışdır ki, onların da 21 "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.