Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov rayonu Aeroport yolunda yol-nəqliyyat hadisəsi

14.12.2006

Saat 06:00 radələrində, Əzizbəyov rayonu Aeroport yolunda, Lerik rayon sakini Elçin Heydərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə E.Heydərov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, həmyerlisi Əlisa Cahangirov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.