DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.12.2006

Saat 00:20 radələrində, Saatlı rayonu ərazisində, Əlisoltanlı kənd sakini Sərrac Güləliyevin idarə etdiyi "VAZ-2106" markalı və Sabirabad rayon sakini Hikmət Zeynalovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə S.Güləliyev və sərnişinlərindən, Bakı şəhər sakinləri Müşfiq Bədəlov, onun bacısı Xanım, habelə H.Zeynalovun sərnişini, Sabirabad rayon sakini Ələkbər Abdulhüseyn oğlu ölmüş, Bakı şəhər sakinləri Murad Bədəlov, Ruslan Rzayev və H.Zeynalov isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.