DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

12.12.2006

Dekabrın 11-nə keçən gecə, Göyçay şəhərində, "Dostluq" yeməkxanasında bir qrup şəxslərin narkotik vasitələrin alışı və satışı ilə məşğul olması, habelə vətəndaşlara qarşı zorakılıq göstərmələri barədə Göyçay RPŞ-yə məlumat daxil olmuşdur. Hadisə yerinə çıxmış əməliyyat qrupuna müqavimət göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Kərimov, Göyçay rayon sakinləri Rüstəm Mirzəyev, Siyavuş Xəlilov, Mikayıl Həmidov, Məhərrəm Əhmədov, Ayaz Əhmədov Şərif Əhmədov və Elbrus Sadıqov RPŞ-yə gətirilmişlər. S.Xəlilovun cari ilin sentyabr ayında odlu silahdan istifadə edərək Qəbələ rayon sakini Nurəddin Xəlilovu 1 gün müddətinə azadlıqdan məhrum etməsi, H.Kərimovun Göyçay rayon sakini Yasin Məmmədovu odlu silahdan atəş açaraq yaralaması və ona məxsus "VAZ-2106" markalı avtomaşını yandırması, eləcə də onun və rayon sakini Şaiq Ağayevin cari ilin oktyabr və noyabr aylarında, DYPŞ-nin əməkdaşlarına qarşı müqavimət göstərmələri müəyyən edilmişdir. H.Kərimovdan 0,172 qram, M.Əhmədovun avtomaşınından isə 0, 208 qram heroin götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, RF vətəndaşı, milliyyətcə çeçen olan Maqamed Nuxayevdən 0,532 qram heroin, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qubad Quliyevdən 0,233 qram heroin götürülmüşdür.