DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Baş Cinayət-Axtarış İdarəsi, Xocavənd RPŞ və Beyləqan RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri

08.06.2005

Baş Cinayət-Axtarış İdarəsi, Xocavənd RPŞ və Beyləqan RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, 1994-cü ildən itkin düşmüş Beyləqan rayonu ərazisində məskunlaşmış Xocavənd rayon sakini Əsmayə Hüseynovanın həmyerliləri, qohumları Təvəkkül Məmmədov və Alı Məmmədov tərəfindən 02.08.1994-cü il tarixdə bıçaqla qətlə yetirilməsi və «Harami düzü» adlanan ərazidə torpağa basdırılması müəyyən edilmişdir. Ə.Hüseynovanın cəsədinin qalıqları eskumasiya edilmiş, T.Məmmədov tutulmuşdur. A.Məmmədovun tutulması üçün tədbirlər görülür.