Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 17 cinayət faktı qeydə alınmışdır

10.12.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.