DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

09.12.2006

Dekabrın 2-də, Astara Gömrükxanasının ərazisində, sahibsiz 595,766 qram tiryək aşkar edilmişdir. Baş Narkotiklərlə Mübaizə İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində, narkotik vasitənin sahibi, Sumqayıt şəhər sakini İslam Firuqi tutulmuşdur. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rəşad Hüseynovdan 0,231 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Anar Abdullayevdən 0,209 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Zərdabi kənd sakini Teymur Qədirovdan 0,311 qram heroin və 1,620 qram marixuana götürülmüşdür.