DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

08.12.2006

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Asif Zeynalabdiyevdən 19,948 qram tiryək, İmişli RPŞ əməkdaşları rayon sakinləri Elbəyi Süleymanovun mənzilindən 0,975 qram tiryək, 1 ədəd gecəgörmə cihazı, qardaşı Əhlimanın evindən isə 15 qram heroin götürmüşlər. Ədliyyə Nazirliyi və Nərimanov RPİ əməkdaşları Sumqayıt şəhər sakini Kamil Zeynalovdan 6,052 qram, Nərimanov RPİ əməkdaşları Astara rayon sakini, əvvəllər məhkum olunmuş Adil Axundovdan 0,242 qram, Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Abbasovdan 0,201 qram, Şamaxı RPŞ əməkdaşları isə şəhər sakini Ramil İsmayılovdan 0,07 qram heroin götürmüşlər.