Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.12.2006Saat 19:30 radələrində, Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisində, Masallı rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi "Maz" markalı və Daməd Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə D.Hüseynov hadisə yerində ölmüşdür.