Avtomaşın qaçırmış Bakı şəhər sakini Əzizağa saxlanılmışdır
09.12.2012Dekabrın 9-da saat 22.00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən, qəsəbə sakini Vüqar Mirzəyevə məxsus "QAZ-31105" markalı avtomaşın qaçırılmışdır. Görülmüş tədbirlər nəticsində dekabrın 10-da saat 00.30 radələrində avtomaşını qaçırmış Bakı şəhər sakini Əzizağa Cəlilov Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılmışdır.