DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Qobustan rayonu Yekəxana kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.12.2006

Saat 18:40 radələrində, Bakı-Qazax yolunun Qobustan rayonu Yekəxana kəndi ərazisində, Cəmcəmli kənd sakini İldırım Əsgərovun idarə etdiyi "MTZ-80" markalı traktorla, Laçın rayon sakini Qardaşxan Bayramovun idarə etdiyi "VAZ-21150" markalı avtomaşın toqquşmuşlar. Nəticədə Q.Bayramovun sərnişinlərindən, həmyerlisi Əli Kərimov hadisə yerində ölmüş, xəsarət almış qızları Ruhiyyə və Vəfa isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.