DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonundakı "Yeni yol" adlanan ərazidə yol-nəqliyyat hadisəsi

04.12.2006

Saat 20:20 radələrində, Yasamal rayonundakı "Yeni yol" adlanan ərazidə Bakı şəhər sakini Vüsal Qəmbərov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə xəsarət almış V.Qəmbərov və sərnişini, Bakı şəhər sakini Ramin Əhmədov xəstəxanaya yerləşdirilmişlər. V.Qəmbərov orada ölmüş, R.Əhmədovun vəziyyəti isə ağırdır.