DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Aran-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.12.2006

Saat 19:00 radələrində, Aran-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində, Zəkərli kəqd sakini Zabil Məmişovun idarə etdiyi "VAZ-21101" markalı, Ağdam rayon sakini Murad Rüstəmovun idarə etdiyi "Mercedes" markalı və Beyləqan rayon sakini Kamran Mehdiyevin idarə etdiyi "VAZ-21101" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə sərnişinlər, Beyləqan rayon sakinləri Sərvinaz Hüseynova, Mədinə Hüseynova və Nahibə Süleymanova hadisə yerində ölmüş, xəsarət almış Z.Məmişov və digər sərnişinlər, Zəkəralı kənd sakini Gülminaz İsmayılova, Bərdə rayon sakini Ruhanə Süleymanova və Beyləqan rayon sakini Şahmurad Mehdimyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.