DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisindəki əczaxananın satıcısı, Həqiqət Hacıyeva qanunsuz olaraq narkotik tərkibli dərmanları satarkən tutulmuşdur

01.12.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Binəqədi rayonu ərazisindəki əczaxananın satıcısı, Bakı şəhər sakini Həqiqət Hacıyeva qanunsuz olaraq 30 həb klonazepam, 20 həb diazepam və 5 ampula relanium psixotrop tərkibli dərman preparatlarını satarkən tutulmuşdur. Əczaxanaya baxış zamanı 100 həb elenium psixotrop tərkibli dərman aşkar edilərək götürülmüşdür.