DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zəbuşah Şahverdiyev yük vaqonundan dizel yanacağı oğurlamağa cəhd göstərmişdir

30.11.2006

Abşeron rayonunda, Güzdək dəmir yolu stansiyasının 9-cu yolunda, Aşağı Güzdək kənd sakini Zəbuşah Şahverdiyev yük vaqonundan dizel yanacağı oğurlamağa cəhd göstərmişdir. Bu zaman ərazidə xidmət aparan Bakı Dəmir Yolu Təhlükəsizlik Xidmətinin atıcı-müvəkkili, Süleyman Budaqov onu saxlamaq məqsədilə «Naqan» tipli tabel silahından 2 dəfə havaya, 2 dəfə isə hadisə yerindən qaçan Z.Şahıerdiyevin idjarə etdiyi «UAZ-469» markalı avtomaşın istiqamətində atəş açmışdır. Xəsarət alan olmamışdır. Hadisə yerinə gəlmiş Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Şahverdiyev tutulmuş və avtomaşınından həcmi 320 litr olan dizel yanacağı aşkar edilərək götürülmüşdür.