Yevlax rayonunun Qarxun kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.11.2012Noyabrın 13-də saat 18.00 radələrində Yevlax rayonunun Qarxun kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla Zaqatala rayon sakinləri Zübeydat Cindarova və Gülnarə Piriyeva vurulmuşlar. Nəticədə G.Piriyeva hadisə yerində ölmüş, Z.Cindarova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2101" markalı avtomaşının sürücüsü rayon sakini Şəmsəddin Mustafayev tutulmuşdur.