Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi
29.11.2006Saat 10.30 radələrində, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Səməd Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı, Elşən Əsgərovun idarə etdiyi "Mercedes" markalı və Vüqar Səfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, xəstəxanaya yerləşdirilmiş "VAZ-2107" markalı avtomaşının sərnişini Bakı şəhər sakini Ülkər Abbasova orada ölmüşdür.