Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

28.11.2006

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Mərdəkan qəsəbə sakini İmamverdi Əliyev 5,89 qram marixuananı satarkən tutulmuşdur. Müəyyən edilmişdir ki, narkotik vasitəni ona anası Narxanım Əliyeva vermişdir. N.Əliyevadan 6,24 qram marixuana götürülmüşdür. N.Əliyevanın isə narkotik vasitəni qonşusu Əbülfəz Əsgərovdan alması müəyyən edilmişdir. Ə.Əsgərovdan isə 19,77 qram marixzuana götürülmüşdür. Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Natiq Hüseynovdan 0,237 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Kamran Budanovdan 0,241 qram heroin, Şərur RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Sahib Abbasovdan 26,3 qram marixuana, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdəmir rayon sakini Zakir Mahmudovdan 0,47 qram marixuana götürülmüşdür.