Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 16 cinayət faktı qeydə alınmışdır

27.11.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınmışdır ki, onların 11-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.