Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu M.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi

27.11.2006

Saat 21:00 radələrində, Xətai rayonu M.Rüstəmov küçəsində, Bakı şəhər sakini Eyvaz Osmanov sərxoş halda "BMW" markalı avtomaşını idarə edərkən, Bakı şəhər sakinləri Aydın Abbasovu Allahyar Duryanovu və Hüseynağa Əhmədovu vuraraq hadisə yerindən qaçmış, M.Hadi küçəsində Xanım Rəsulovanı da vurmuşdur. Nəticədə X.Rəsulova hadisə yerində ölmüş, xəsarət almış A.Abbasov, A.Duryanov və H.Əhmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Osmanov tutulmuşdur.