Culfa-Ordubad yolunun Culfa rayonu yaxınlığında yol-nəqliyyat hadisəsi
27.11.2006Saat 10:00 radələrində, Culfa-Ordubad yolunun Culfa rayonu yaxınlığında, Naxçıvan şəhər sakini Həsən Kazımov "Pejo" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış H.Kazımov və sərnişini, həmyerlisi Ağalar Bayramov xəstəxanaya yerləşdirilmişlər. H.Kazımov orada ölmüş, A.Bayramovun vəziyyəti isə qənaətbəxşdir.